SOSİUM

28 Sentyabr

Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

29.09.2021-ci il tarixindən 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Fins.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat agentliyi məlumat yayımlayıb. 
Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Agentlik sərnişinlərin nəzərinə çatdırır ki,  “BakıKart” balansının artırılması üçün POS terminallar Zabrat qəs. Nərimanov 23, Ramana qəs. Daş Karxanası (ümumilikdə 6 ünvanda), Sadiq Cəfərov 26, Zabrat,Babək 336, Zabrat,Oktyabr küç. Zabrat, Sabunçu qəs.Şəhər şosesi ünvanlarında fəaliyyət göstərir.
 
Müəllif:Aynur Qəniyeva