SOSİUM

21 Sentyabr

Bu yolda hərəkət məhdudlaşdırılır – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

21 sentyabr saat 20:00-dan 22 sentyabr saat 08-00-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.