SOSİUM

21 Sentyabr

Azərbaycanda bu il daşınan sərnişinlərin sayı açıqlanıb

2021-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 744,5 milyon sərnişinə xidmət göstəriblər.

Sərnişinlərin 95,8 faizi avtomobil nəqliyyatı, 3,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Avtomobil nəqliyyatı ilə 2021-ci ilin yanvar-avqust aylarında 713,6 milyon sərnişin, dəmir yolu nəqliyyatı ilə 1 milyon 533,3 min, dəniz nəqliyyatı ilə 10,4 min, metro ilə 28,7 milyon, hava nəqliyyatı ilə 687,2 min sərnişin daşınıb.