SOSİUM

16 Sentyabr

Koronavirusun sağaldıqdan sonra izi qalan daha bir fəsadı aşkarlanıb

Koronavirus keçirməyənlərlə müqayisədə xəstəliyi keçirənlərdə ürək əzələsi iltihabı 37 dəfə çox müəyyən edilib. 

Türkiyənin yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Ümit Savaşçı bunun çox ciddi göstərici olduğunu deyib.

Onun sözlərinə görə, peyvənd olunmaq ürək əzələsi iltihabından daha çox qoruyacaq.

Həkim qeyd edib ki, peyvənd vurduranlar ürəklə bağlı narahatlıq keçirməsinlər.

O vurğulayıb ki, insanda bəzi xroniki xəstəliklər, bədəndə çox laxtalanma riski varsa, bu şəxslər həkim tövsiyələrinə daha çox riayət edərək qan durulaşdırıcılar qəbul edirlərsə, bu dövrdə mütləq qəbul etdikləri dərmanlara diqqət yetirməlidirlər.