SOSİUM

13 Sentyabr

Azərbaycan şirkəti Qırğızıstanda avtomobil yolunun tikintisinə cəlb edilib

Azərbaycanın "Azvirt" şirkəti uzunluğu 67 km olan “Bişkek-Oş” avtomobil yolunun tikintisinin dördüncü mərhələsinin həyata keçirilməsinə cəlb edilib.

"Fins.az"-ın Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Kommunikasiya Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, ümumilikdə layihə çərçivəsində bu günədək 32,5 km asfalt betonun alt qatı çəkilib. Bu il ərzində 17 km uzunluğunda asfalt-beton örtüyünün alt qatı döşənilib. İlin sonunadək isə 20 km-dən çox asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.
Avrasiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihədə Azərbaycanın şirkəti podratçı qismində çıxış edir.
Layihəyə detallı dizayn, torpaq işləri, yol tikintisi, yeni körpülərin tikintisi və köhnə körpülərin bərpası, kanalizasiya və qutu su borularının tikintisi, yol kənarının yaxşılaşdırılması, səkilərin, nişanların, təhlükəsizlik bariyerlərinin, avtobus dayanacaqlarının quraşdırılması və s. işlərin görülməsi daxildir.
Podratçı tərəfindən hazırlanan detallı dizaynın dövlət ekspertizasından keçərək müsbət rəy alıb.
İşlərə 150 nəfər işçi qüvvə, 80 ədəd iri qabaritli texnika cəlb olunub, saatda 210 ton istehsal gücü olan asfalt-beton zavodu səfərbər edilib.

Müəllif:Aynur Qəniyeva