“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında “iş vaxtının cəmlənmiş uçotu rejimi”nə keçidi müzakirə olunur.
Fins.az xəbər verir ki təklif telefonoqramma formasında bütün gəmi kapitanlarına göndərilib. Onlardan gəmi heyətinə təklif olunan metod haqqında izahat verməyi, əməkdaşların da bu barədə fikir və təkliflərini dinləyərək müvafiq departamentlərə çatdırmaq xahiş olunumuşdur.
XDND-nin üzən heyət üzvlərinin “iş vaxtının cəmlənmiş uçotu rejimi”-nə münasibəti öyrənildikdən sonra bu barədə müvafiq qərar qəbul ediləcəkdir.
2020-ci ilin avqust ayından etibarən ASCO-nun Dəniz Nəqliyyat Donanmasında “iş vaxtının cəmlənmiş uçotu rejimi” tətbiq olunur. Ötən dövr ərzində bu rejimdə çalışan heyət üzvlərinin iş və istirahət vaxtını tənzimləyən "ASCO-ya məxsus gəmilərdə üzən heyət üzvlərinin xüsusi "İş vaxtının cəmlənmiş uçotu "Qaydaları" təsdiq edilib, üzən heyət üzvlərinin ştat cədvəlləri işlənib hazırlanıb, rejimə keçidə qədər və keçiddən sonrakı göstəricilərin təhlili aparılıb və yeni rejimin üstünlükləri praktikada da öz təsdiqini tapıb. Belə ki, bu rejim gəmilərdə sabit heyət formalaşmasına zəmin yaradır. Bu zaman hər bir heyət üzvü əvvəlcədən təsdiq edilmiş iş-istirahət qrafikinə əsasən iş və istirahət vaxtlarını bilir və istirahət bitdikdən sonra öz gəmisində növbəsinə başlayır.
Müəllif:Aynur Qəniyeva