“Hazırda 5 milyona yaxın məşğul əhali mövcuddur”.
Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev “Sosial saat”da deyib.
O bildirib ki, məşğul əhalinin təxminən 600 minə yaxını əlilliyi olan şəxslərdir: “Əlilliyi olan şəxslərdə daimi iş aparırıq. Hər bir aktiv məşğulluq tədbirlərində əlilliyi olan şəxsləri nəzərə alırıq, onlar imtiyazlı qrupa daxildirlər”.