İndiyədək dünya üzrə təqribən 5.5 milyon doza koronavirusa qarşı peyvənd vurulub.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus bugünki brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, ÜST-ün hədəfi sentyabrın sonunadək hər ölkədə əhalinin 10%-nin, ilin sonunadək isə 40%-nin vaksinasiyasıdır.
Təşkilat rəhbəri bildirib ki, yüksək gəlirli ölkələrin əksəri artıq 40% həddini keçib. Əksinə, aşağı gəlirli ölkələrdən isə heç biri 10% səviyyəsinə belə çatmayıb.
Mənbə: TASS