Bu ilin yanvar-iyul aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4% çox olmaqla 3,5 mlrd. manat ödənilib
Fins.az xəbər verir ki,pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir.
Məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4% və ya 148,8 mln. manat çox olmaqla 3,5 mlrd. manat vəsait ödənilib.