SOSİUM

20 Avqust

Xəstəxanalardakı şəxslərin sayı 2458-i keçib

“Azərbaycanda son günlərdə kəskin sürətdə yoluxma müşahidə olunur. Bizim üçün önəmli olan yoluxma əmsalıdır. Ayın əvvəlində 7 faiz idisə, indi isə bu əmsal 23 faizdir”.

Fins.az  xəbər verir ki, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu gün 18 pandemiya müəssisəsi fəaliyyət göstərir: "Əlbəttə ehtiyat tibb müəssisələri mövcuddur. Bu sahəyə bağlı 40-a yaxın xəstəxana var. Avqustun 1-də xəstəxanalarda 808 xəstə var idisə, dünənki rəqəmə əsasən bu rəqəm 2458-i keçib. Bu da onu göstərir ki, ciddi şəkildə qaydalara əməl etməliyik".