Bakı Limanında ətraf mühitin qorunması üçün daha bir strategiya hazırlanıb
Fins.az xəbər verir ki, bu barədə Bakı Limanı məlumat yayımlayıb
Məlumata görə Bakı Limanı, regionda “Yaşıl Liman” statusuna malik ilk liman adını qazanıb. Üstəlik Bakı Limanı Avropa Dəniz Limanları Təşkilatı tərəfindən bu il yenidən “EcoPorts” sertifakatına layiq görülüb.
Bildirilir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Bakı Limanının əməliyyat potensialının gücləndirilməsinə dəstək-faza 2” layihəsi çərçivəsində Bakı Limanında ətraf mühitin mühafizəsi üçün bir sıra uğurlu fəaliyyətlər həyata keçirib, ekoloji risklərin minimuma endirilməsi üçün proaktiv qabaqlayıcı tədbirlər tətbiq edilib.
Qeyd olunub ki,Bakı Limanı növbəti istiqamət olaraq mövcud ekoloji inkişaf konsepsiyası çərçivəsində hava keyfiyyətinə nəzarətin gücləndirilməsinə dair istixana qazlarının emissiyasını 2035-ci ilə qədər “0”-a endirilməsini hədəfləyib. Elə bunun üçün də beynəlxalq ekspertlərlə birgə “Bakı Limanı 2035 - CO2 zero emission” üzrə uzunmüddətli strategiya hazırlanıb və bu gün, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbərliyinə təqdim edilib.
Müəllif:Aynur Qəniyeva