Aviaşirkətlər hazırda olduqca çətin vəziyyətdədir.
Fins.az xəbər verir ki,, bunu AZAL-ın prezidenti Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin 25 yaşı tamam olması münasibəti ilə verdiyi müsahibədə deyib
AZAL-ın prezidenti qeyd edib ki,Bu gün aviasiya birliyi mülki aviasiya tarixində ən arzuedilməz günlərini yaşamaqda davam edir. COVID-19-un yayılması ilə əlaqədar ölkələrin həyata keçirdikləri zəruri tədbirlər ilk növbədə aviaşirkətlərə və ümumilikdə mülki aviasiyaya sarsıdıcı zərbə vurub.Aviaşirkətlər hazırda olduqca çətin vəziyyətdədir.
Bununla əlaqədar aviadaşıyıcıların ağırlaşmış vəziyyətinin yüngülləşdirilməsi məqsədilə hökumət tərəfindən atılan addımlar olduqca əhəmiyyətlidir: "Biz çətin böhran vəziyyətindən ləyaqətlə və peşəkarlıqla çıxmaq üçün obyektiv imkan tapmalıyıq. Biz yaranmış vəziyyətin qlobal problem olduğunu, bu səbəbdən də situasiyaya dərrakəli yanaşmaq lazım gəldiyini anlayırıq. Bu gün heç vaxt olmadığı kimi, ümumi mülki aviasiya işimizdə həmrəy olmaq, biri-birinin probleminə həssaslıqla yanaşmaq və kömək göstərməyə hazır olmaq vacibdir.
Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq aeronaviqasiya mülki aviasiya uçuşlarını təmin etməkdə davam edir. Azərbaycanın hava məkanında və hava limanlarında uçuşlar bir gün də olsun dayanmayıb. Ölkə regional miqyasda aviasiya nəqliyyat-logistika mərkəzi kimi çıxış etməyə davam edir".
Təəssüf ki, dünyada yayılmış koronavirus infeksiyası ilə əlaqədar, CANSO təşkilatının “Global ATM Summit 2020” Ümumdünya aeronaviqasiya sammitinin Bakıda keçirilmə müddətini təxirə salmalı olduq.