SOSİUM

19 Avqust

Bakıda ən çox yoluxma bu rayondadır

Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

Fins.az-ın koronavirusinfo.az saytına istinadən verdiyi xəbərə görə, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14,6 faiz təşkil edir.

Xətaidə 13,5 faiz, Yasamalda 12,1 faiz, Sabunçuda 11,3 faiz, Suraxanıda 8,3 faiz, Nərimanovda 8,1 faiz, Nəsimidə 7,8 faiz, Xəzərdə 7,3 faiz, Nizamidə 7,1 faiz, Səbaildə 5,0 faiz, Qaradağda 4,4 faiz, Pirallahıda 0,5 faiz təşkil edib.