SOSİUM

18 Avqust

Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq.Atmosfer təzyiqi  754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti    

Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 19-da  Abşeron yarımadasında meteoroloji amillərin zəif  və mülayim

tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi

arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°  isti, gündüz 33-38°  isti, dağlarda

gecə 12-17° isti, gündüz  20-25° isti olacaq.