SOSİUM

17 Avqust

Yoluxanların sayı 3000-i keçdi - 18 NƏFƏR VƏFAT ETDİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

16 Avqust 2021-ci il tarixində 1851 yoluxma faktı və 17 ölüm qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.