SOSİUM

16 Avqust

Azərbaycanda koronavirusdan ölənlərin sayı artır - SON MƏLUMAT

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

15 Avqust 2021-ci il tarixində 2993 yoluxma faktı və 15 ölüm qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 483, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 420 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 339 təşkil edir.