SOSİUM

16 Avqust

Sabah qısamüddətli yağış yağacaq, şimşək çaxacaq-HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25° isti, gündüz 32-36° isti,

Bakıda gecə 23-25 isti, gündüz 33-35° isti olacaq.Atmosfer təzyiqi  761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti    

Şimal-şərq küləyi əsəcək 

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

 

 

Tibbi-meteoroloji proqnoz

Avqustun 17-də  Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim

tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi  arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°  isti, gündüz 34-38°  isti, dağlarda gecə 14-19° isti, gündüz  23-28° isti olacaq.