SOSİUM

13 Avqust

Sabah 42 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 25-28° isti, gündüz 34-38° isti,

Bakıda gecə 26-28° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi  757 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət  60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti    

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 14-də  Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi  arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°  isti, gündüz 35-40° , bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 16-21° isti, gündüz  23-28° isti olacaq.