SOSİUM

12 Avqust

Bakıda bu marşurutun hərəkət sixemi genişləndirildi

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, Yasamal Yaşayış Kompleksini şəhər mərkəzi ilə əlaqələndirən 10 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib.
Fins.az -ın məlumataına görə, belə ki, marşrut üzrə avtobusların hərəkət sxemi Yasamal Yaşayış Kompleksinin (MİDA) ərazisindən keçməklə yeni inşa edilən massivdə (Kristal Abşeron) yaşayan 1500-dən artıq sakinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin edəcək.
Marşrutun fəaliyyəti qeyd edilən əraziyə 13.08.2021-ci il tarixindən təşkil ediləcək.