2021-ci ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 22636 nəfər olub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayımlayıb
Məlumata görə, bu arayışların 8554-ü pensiya, 5241-i müavinət və təqaüd, 5043-ü fərdi şəxsi hesab, 1116-sı ünvanlı dövlət sosial yardımı, 887-si torpaq pay mülkiyyətçisi, 953-ü sosial sığorta şəhadətnaməsinin nömrəsi, 313-ü şəhid ailəsi üzvü, 248-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 137-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 128-i əlilliyi olan şəxslərə qulluq, 16-sı Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.
Müəllif:Aynur Qəniyeva