SOSİUM

12 Avqust

Azərbaycanda koronavirusa yoluxmanın hansı yaş qruplarını əhatə etdiyi AÇIQLANDI

“Yaxın vaxtlarda ölkə üzrə koronavirus əleyhinə peyvəndlənmə sürətlənərsə, yoluxma saylarında azalmanı müşahidə edəcəyik”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu zaman vəziyyətə nəzarət etmək mümkün olacaq:

“Ölüm sayının az olması ilk növbədə risk qrupunda olan əhalinin peyvənd olunması ilə əlaqəlidir.

Hazırda infeksiyaya yoluxma aşağı yaş qruplarını əhatə edir. Burada da vaksinasiyanın effektivliyini müşahidə edirik. Yaxın vaxtlarda daha böyük kütlə vaksinasiyaya cəlb olunanda vəziyyəti daha rahat idarə etmək olacaq”.

O qeyd edib ki, vaksinasiya prosesinin kütləvi xarakter alması vacibdir:

“Bəzi günlərdə ölkədə bir gün 80 min nəfərə vaksin vurulub. Demək ki, bunun üçün dövlətimizin imkanları var”.