Bakı metropoliteninin “Cəfər Cabbarlı” stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsi çərçivəsində yerüstü sahədə bir sıra tədbirlər planlaşdırılıb.
Fins.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, bu xüsusda yağıntı sularının stansiya konstruksiyalarına təsirinin qarşısını almaq məqsədilə izolyasiya təbəqəsi yaradılır.
Bəxtiyar Məmmədov həmçinin "Eyni zamanda yağıntının kənarlaşdırılması üçün drenaj sistemi qurulur. Bu işlər sırasında zədələnərək sıradan çıxmış döşəmə daşları yenilənəcək",- deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva