SOSİUM

11 Avqust

Azərbaycanda bu il yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlanıb

Bu ilin birinci yarımilində yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlanıb.

Bunu “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

O qeyd edib ki, bu ilin I yarımilində ən çox qoyulan oğlan adları Əli, Yusif, Uğur, Hüseyn, Məhəmməd, qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələkdir.