SOSİUM

11 Avqust

Azərbaycanın dövlət büdcəsinin əməyin ödənişi xərcləri 3,3% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin əməyin ödənişi xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3% və ya 59,3 mln. manat azalaraq 1 733,1 mln. manat icra edilib.

Fins.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.Əməyin ödənişi xərcləri proqnoza nisbətən 8,1% və ya 130,1 mln. manat artıq icra edilərək illik proqnozun 42,9%-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında əməyin ödənişi xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və iyun aylarında az, mart, aprel may aylarında çox fevral ayında isə eyni səviyyədə icra edilib.