Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 736 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 12 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 354 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 771 nəfər müalicə olunaraq sağalıb, 5 084 nəfər vəfat edib, aktiv xəstə sayı 13 807 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 081, ötən müddət ərzində isə ümumilikdə 4 133 796 test aparılıb.