SOSİUM

10 Avqust

ETSN rəsmisindən həyəcan təbili: Temperatur 50 dərəcə ola bilər

“Son 20-30 ildə havanın temperaturu 1,4 dərəcə artıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, yay aylarında gündəlik havanın temperaturu ilə bağlı proqnoz verdikdə görürük ki, bəzi günlərdə havanın temperaturu orta aylıq göstərici ilə müqayisədə 4-5 dərəcəyə çox olub:

“Bu, artıq maksimal qiymətlərin kəskin olmasını göstərir. Əvvəllər Bakıda havanın 38-39 dərəcə olmasını kəskin olaraq göstərirdiksə, indiki dövrdə bəzi günlərdə temperaturun 43-44 dərəcə olduğu müşahidə edilir.

Əgər müəyyən addımlar atılmasa, 30-40 ildən sonra havanın temperaturu 48-50 dərəcə ola bilər”.

O qeyd edib ki, iqlim dəyişmələrinə səbəb olan sənayə az karbonlu texnologiya tədbiq etməlidir.