SOSİUM

10 Avqust

AAYDA: 15 ildə 17 min km-lik yolu bərpa etmişik, heç bir ölkədə bu qədər iş görülməyib

Son 15 ildə Azərbaycanda 17 min kilometrə yaxın yol təmir-bərpa edilib və yenidən qurulub.
Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
"Bu, kifayət qədər böyük rəqəmdir. Yol baxımından hesablasaq, dünyanın heç bir ölkəsində bu qədər iş görülmür. Bu, birbaşa olaraq dövlətin strategiyasıdır, ölkə başçısının qarşıya qoyduğu məqsəddir. Çünki yolların qurulması, nəqliyyat dəhlizlərinin yaradılması, mövcud dəhlizlərin daha da müasirləşdirilməsi həm iqtisadiyyat, həm sənaye, həm də kənd təsərrüfatı və turizm baxımından çox mühüm əhəmiyyətə malikdir", - deyə o bildirib.