SOSİUM

09 Avqust

Havanın temperaturunun ən çox artdığı şəhərlər açıqlanıb

İqlim Dəyişikliyi üzrə Beynəlxalq Ekspertlər Qrupu altıncı qiymətləndirmə hesabatını təqdim edib.

Hesabatda 1950-ci ildən 2018-ci ilə qədər olan dövrdə şəhərlərdə havanın orta illik temperaturunun artımı qiymətləndirilib. Siyahının lideri Hindistanın Kəlkətə şəhəri olub. Qeyd olunan dövrdə sözügedən şəhərdə havanın orta illik temperaturu 2,6 dərəcə artıb.

İkinci yerdə Albaniyanın paytaxtı Tirana (2,33 dərəcə), üçdə isə Moskva (1 dərəcə) qərarlaşıb.

Qeyd olunan dövrdə Nyu-Yorkda havanın orta illik temperaturu 0,21 dərəcə, Los-Ancelesdə – 0,14 dərəcə, Brüsseldə – 0,62 dərəcə, Sidneydə – 0,21, Çində – orta hesabla 0,49 dərəcə, Yaponiyada – 0,98 dərəcə artıb. Yalnız Qahirədə temperatur dəyişməyib.