“Yalnız peyvənd insanı koronavirusun mutasiyalarından qoruya bilir”.
Fins.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynoviç "Rossiyskaya qazeta"ya açıqlamasında bildirib.
ÜST rəsmisi deyib ki, yüksək immunizasiya tədbirləri nəticəsində xəstəxanalarda, reanimasiya şöbələrində olan insanların sayı azalıb.
M.Vuynoviç əlavə edib ki, hazırda ÜST virusun yayılması fonunda yeni infeksiya növlərini izləyir: “İndi təşkilat “lambda” növünün “Delta” ştammını sıxışdırıb çıxardığını, nəticədə onu sonuncu - "Alfa" növünün əvəz etdiyini müşahidə edir”.
Qeyd edək ki, koronavirusun “lambda” variantı ilk dəfə 2020-ci ildə Peruda aşkarlanıb. Bu variant iyul ayı ərzində Cənubi və Şimali Amerikanın 30-dan çox ölkəsində yayılıb.