SOSİUM

06 Avqust

Laçın şəhərinə daxil olmadan yeni alternativ yol çəkilir

Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu çəkilir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yolun uzunluğu təxminən 80 kilometr olacaq.

"Biz rahat hərəkətin təmin edilməsi üçün şəhərdən yan keçən dairəvi yolun tikintisinə başlamışıq. Bura yerli şirkətlərlə bərabər Türkiyədən də şirkətlər dəvət olunub. Onların dağlıq ərazilərdə sürətlə layihələndirib yol çəkmələri bəllidir. Bu təcrübədən yararlanmaq istəyirik.

Qarabağda Türkiyə şirkətləri 372 kilometr uzunluğunda, yerli şirkətlər isə 282 kilometrlik yol çəkilişində iştirak edirlər. Ümumilikdə Qarabağda yolların yenidənqurması və bərpasına 4700 nəfərə yaxın işçi cəlb edilib".