SOSİUM

06 Avqust

Yarım il ərzində Bakıda neçə kilometr yol yenidən qurulub?

“2021-ci ilin 6 ayı ərzində 119.6 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunub”.

Fins.az xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər barədə hesabat konfransında Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.

O bildirib ki, yerli əhəmiyyətli 55.5 kilometr, Bakı şəhər yollarının isə 64.1 km yenidən qurulub və təmir edilib:

“Sözügedən təmir işləri, Nərimoanov, Binəqədi, Suraxanı və digər əraziləri əhatə edir:

Nərimanov rayonu - 5.76 km, Binəqədi rayonu - 3 km, Suraxanı rayonu - 5.2 km, Qaradağ rayonu - 0.6 km, Xəzər rayonu - 8.2 km, Xətai rayonu - 6.7 km, Sabunçu rayonu - 0.7 km, Nəsimi  rayonu     - 1.9 km, Nizami rayonu - 2.3 km əhatə edir”.
Bundan əlavə 2021-ci ilin 6 ayı ərzində Bakı şəhər yollarında  251.4 min kvadratmetr sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib:

“2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3.6 kilometrdə, uzunluğu 76.7 metr olan yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib”.