“İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması işlərinə ümumilikdə 4 min 700 nəfərə yaxın mütəxəssis cəlb olunub”.
Fins.az xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər barədə hesabat konfransında Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.
O bildirib ki, hazırda Qarabağda, işğaldan azad edilən ərazilərdə 834 km-lik yolda işlər davam etdirilir:
“Yolların yenidən qurulması və təmiri işlərinə yerli şirkətlərlə yanaşı xarici şirkətlər də cəlb edilib. Xarici şirkətlərin, xüsusilə Türkiyə şirkətlərinin tunel və dağlıq ərazilərdə yol tikintisi sahəsində təcrübələrindən istifadə etmək istəyirik. İlkin hesablamalara görə Türkiyə şirkətlər 372 km yol və 70 km tunel çəkilib. Yerli şirkətlər isə 282 kmlik yolun tikintisini aparır. Qarabağda bu işlərin görülməsinə ümumilikdə 4 min 700 nəfərə yaxın mütəxəssis cəlb olunub”.