Dünyada öz əhalisi arasında COVID-19 əleyhinə vaksinasiyanı ən sürətlə həyata keçirən ölkələrin adları açıqlanıb.
Araşdırma “Bloomberg”in analitikləri tərəfindən həyata keçirilir.
İlk beşliyə daxil olan ölkələr Birləşmiş Ərəb Əmirlikləri (65,1 faiz peyvənd), Çili (64,5 faiz), Belçika (60,6 faiz), İsrail (59,5 faiz) və İspaniyadır (59 faiz).
Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus əhalinin yarıdan çoxunu peyvənd etdirən ölkələrin rəhbərliyinə müraciət edib.
ÜST-ün baş direktoru onlardan vaksin dozalarını kasıb ölkələrlə paylaşmağı xahiş edib.