SOSİUM

06 Avqust

Azəriqaz-ın sabiq mətbuat katibinə yeni vəzifə verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərova yeni vəzifə verilib.

Bu barədə o, özü məlumat yayıb.

C.Səfərovun sözlərinə görə, bundan sonra o, “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışacaq.

Xatırladaq ki, C.Səfərov "Azəriqaz"dan əvvəl uzun illər ATV kanalında fəaliyyət göstərib.