SOSİUM

05 Avqust

ÜST: Məktəblər açılmalıdır, peyvəndləmə dərs davamiyyətinə mane olmamalıdır

“Məktəblər açılmalı, koronavirusa qarşı peyvəndləmə dərs davamiyyətəinə mane olmamalıdır”.

Bunu ÜST-ün İmmunizasiya departamentinin rəhbəri Keyt O'Brayn deyib.

O bildirib ki, yalnız peyvənd edilmiş şagirdlərin dərsə buraxılması üçün heç bir tələb olmamalıdır.

Eyni zamanda, mütəxəssis peyvənd zamanı yaşlılar, xroniki xəstəlikləri olan insanlar və tibb işçiləri də daxil olmaqla, əhalinin ən həssas qruplarına üstünlük verməyə çağırıb: Yeniyetmələrə gəldikdə, bu qrup ümumiyyətlə, ağır xəstə deyil. Ancaq xroniki xəstəlikləri olan yeniyetmələr prioritet qruplara daxil edilməlidir”.