SOSİUM

03 Avqust

Bu il fiziki və hüquqi şəxslərə aliment işləri üzrə 37 milyon manata yaxın vəsait ödətdirilib

Bu ilin birinci yarısında icrası təmin edilən və davam etdirilən icra sənədlərinin sayı 13%-dən çox artaraq 350 minə çatıb.

Fins.az-ın məlumatına görə, bunu videokonfrans formatında keçirilən müşavirədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi – baş icra məmuru İlqar Cəfərov bildirib.

Fiziki və hüquqi şəxslərə 300 milyon manatadək, o cümlədən aliment işləri üzrə 37 milyon manata yaxın vəsait ödətdirilib.

Hüquq vakansiyalar

Valideynlik hüququndan istifadə – uşaqla ünsiyyətdə olma tələbinə dair 6.700-dən çox icra işinin icrası mütəmadi təmin edilib, indiki pandemiya şəraiti ilə əlaqədar vətəndaşlara həmçinin videokonfrans formatında görüş imkanı yaradılıb.