Paytaxt yollarındakı vəziyyət açıqlanıb.
Fins.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
1. Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, “20 Yanvar” dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur)
2. Afiyəddin Cəlilov küçəsi – (Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində) sıxlıq
3. Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) sıxlıq
4. Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən, Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) sıxlıq
5. Binəqədi şossesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində) sıxlıq
6. Ziya Bünyadov prospekti – Əsas yol - (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, “20 Yanvar” dairəsi istiqamətində) sıxlıq
7. Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə olan hissəsindən başlayaraq, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq.