“Bu il ərzində 5540 şəhid ailəsi üzvünə vəsiqə verilib”.
Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu vəsiqə sırf şəhid ailəsinin olduğunu sübut etmək üçündür, yəni vəsiqə sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır.