SOSİUM

29 İyul

Sanatoriya-kurort putyovkaları yalnız BU ŞƏXSƏLƏRƏ VERİLİR

“Sosial Xidmətlər Agentliyi tərzindən ötən il sanatoriya-kurort putyovkalarının verilməsi pandemiya səbəbindən dayandırılmışdı. Bu ildən sanatoriya-kurort putyovkalarının yenidən verilməsinə başlanılıb”.

Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sanatoriyalarla bağlı müsabiqə olub: “Daha sonra müsabiqə qalibləri ilə müqavilə imzalanıb. Müqavilə pandemiya tələblərinə əməl edilmə ilə bağlıdır. Naxçıvanda 3 sanatoriyaya vətəndaşlar göndərilir, artıq birinci qrup göndərilib. Eyni zamanda, vətəndaşlar Naftalanda sanatoriyaya göndərilir. Qeyd edək ki, Agentlik tərəfindən sanatoriya-kurort putyovkaları yalnız işləməyən şəhid ailəsi üzvü və müharibə əlillərinə verilir”.