SOSİUM

29 İyul

Bu il ərzində neçə uşaq övladlığa verilib? - RƏSMİ

“2021-ci ilin 6 ay ərzində övladlığa götürülmə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə 182 müraciət daxil olub”.

Bunu agentliyin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müraciətlərdən 58-i müəssisədən olan uşaqlarla bağlı olub:

“Bu ilin altı ayında 28-i qız, 26-sı oğlan olmaqla 54 uşaq övladlığa verilib”.

O qeyd edib ki, 2020-ci ilin 6 ayında 31 uşağın ailələrinə reinteqrasiya edilməsi təmin edilib.