SOSİUM

29 İyul

Yanvar-iyun aylarında nəqliyyat vasitələri ilə 92,2 milyon ton yük daşınıb

Yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 92,2 milyon ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, yüklərin 56,7 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 3 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 32,3 faizi isə boru kəməri ilə daşınıb.