SOSİUM

29 İyul

Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə

Bakıda və Abşeron yarımadasında

hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm  civə sütununa enəcək.  Nisbi rütubət  60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti    Şimal küləyi əsəcək.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 30-da  Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°  isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz  17-22° isti olacaq.