SOSİUM

28 İyul

Bu il əcnəbilərə iş icazəsi üçün ayrılan kvota açıqlanıb

Bu il ölkədə əcnəbilərə iş icazəsi üçün ayrılan kvota sayı açıqlanıb.

Fins.az-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında məlumat verib.O qeyd edib ki, bu il əcnəbilərin iş icazəsi üçün ayrılan təsdiq edilmiş kvota 6740-dır: “Hazırda 3368 kvota işçi qüvvəsi üçün yer imkanları mövcuddur. Yəni şirkətlər iyuldan dekabra qədər bu qədər əcnəbi qüvvəsini ölkəyə gətirə bilər ”.

© APA