SOSİUM

27 İyul

Səudiyyə Ərəbistanı xarici vətəndaşların Kəbəni ziyarət etməsinə icazə verib

Səudiyyə Ərəbistanı əcnəbi vətəndaşların Kəbəni ziyarət etməsilə bağlı yeni qərarını açıqlayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata əsasən, avqustun 9-dan etibarən vaksinasiyasını başa vurmuş xarici ölkə vətəndaşlarının ümrə ziyarəti üçün ölkəyə gəlişinə izacə verilib. Müvafiq qərar krallığın Həcc və Ümrə Nazirliyi tərəfindən qəbul edilib.

Qeyd olunub ki, ziyarət icazəsi yalnız “Pfizer/BioNTech”, “AstraZeneca”, “Johnson Johnson” və “Moderna” vaksinlərilə peyvənd olunmuş 18 yaşından yuxarı şəxslərə veriləcək.