Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.
Fins.az xəbər verir ki, dəyişikliyə əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində.