"Son günlər yeni yoluxmaların sayında kəskin artım müşahidə olunur".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qeyri-iş günlərində bəzən yoluxma sayı aşağı düşür: “İyunun sonunda yoluxma bir faizdən aşağı idi. Bu, yaxşı göstərici idi. Lakin son günlər pozitiv nəticələrin sayı 5 %-ə yüksəlib. Yoluxma 30-39 yaş arasında yüksəkdir. Bölgələr arasında yoluxma halı yenə də Bakıda qeydə alınır. Binəqədidə bu hal qalır”.