SOSİUM

23 İyul

Cavid Qurbanov: Ağdam istiqamətində 20 km yol yatağı hazırdır

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dəmir yolu infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

“İşlər üç istiqamət üzrə aparılır, bunlar Horadiz-Naxçıvan, Şuşa və Ağdam istiqamətləridir. Ağdam istiqamətində artıq 20 kilometr yol yatağı tikinti üçün hazırdır. ərazilərin minalanması dəmir yolu infrastrukturunun yaradılmasını çətinləşdirən əsas səbəbdir”, - deyə o, qeyd edib.