Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Çağrı mərkəzinin yaradılması istiqamətində ciddi işlər gedir.
Fins.az-ın məlumatına görə, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı deyib.
O bildirib ki, pandemiya dövründə psixoloji dəstək üçün 1542 Psixoloji Dəstək Xətti vasitəsilə 1 122 şəxs müraciət edib:
"Onlardan 459-u koronavirus xəstələri olub. Sərt karantin dövründə əsəbilik və gərginliklə bağlı müraciətlər daha çox olub. Bundan başqa ailədaxili münasibətlər, depressiv vəziyyətlə bağlı da çox müraciət olurdu.
Bundan başqa ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib".