SOSİUM

12 İyul

Yoluxma sürətlə artır

Koronavirus pandemiyasının dördüncü və daha ağır dalğasının müşahidə olunduğu Cənubi Koreyada son günlər yoluxma sayı sürətlə artmaqda davam edir. Ölkənin xəstəliklərə nəzarət və profilaktika mərkəzinin məlumatına əsasən, çərşənbə günü 1275 nəfər, cümə axşamı 1316 nəfər, cümə günü isə 1378 nəfər ölümsaçan virusa yoluxub.

Qeyd edilir ki, rəsmi Seul vəziyyətdən çıxış yolu kimi karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib.

Məlumatı “Kyodo” yayıb.