SOSİUM

23 İyun

Avqustun 1-dən yeni yumşaldılamalar ola bilər – DEPUTAT

Ola bilər ki, avqustun 1-dən və ya bir müddət sonra məhdudiyyətlər tamamilə aradan götürülsün.

Bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Millət vəkili vətəndaşları karantin davranış qaydalarına əməl etməyə səsləyib:

"Yumşaldılmalar yoluxma və ya aktiv xəstə sayı ilə əlaqədardır. Ölkəmizdə  AVRO-2020 oyunları keçirildi və oyunlardan sonra gördük ki, virusa yoluxma sayında artım yoxdur. Bu, bir növ proseduru sürətləndirdi ki, avqustun 1-ni gözləmədən iyuldan bu cür şənliklərin keçirilməsinə icazə verildi. İstənilən halda isə bizim normal həyata qayıtmaq üçün ən vacib çıxış yolumuz vaksinasiyanı gecikdirməməkdir. Nə qədər vaxtımız varsa, peyvənd vurdurmalıyıq".